Polis qara görə gücləndirilmiş iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Polis qara görə gücləndirilmiş iş rejiminə keçdi

Hadisə

12 Mart 2021 17:50 840


Xızıya qarın yağması ilə əlaqədar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumat verilir. pizza sifarişi

Bundan əlavə şöbə əməkdaşları qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət edir, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün lazımi köməklikləri göstərirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!