Polis qızına nişan keçirən atanı cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Polis qızına nişan keçirən atanı cərimələdi

Hadisə

22 Yanvar 2021 11:14 661


Astara rayonunda qızına nişan mərasimi təşkil edən ata cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq evində qızına nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. Dominos pizza

K.Səfərov da daxil olmaqla, 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!