Polis qızları yerə yıxıb... – Şok görüntülər

saytların hazırlanması

Evə çatdırılma

Polis qızları yerə yıxıb... – Şok görüntülər

Dünya

12 İyun 2020 07:42 5879


Sosial şəbəkələrdə polislərin çay kənarında dincələn qızlara sərt şəkildə müdaxilə etməsi ilə bağlı görüntülər yayılıb.

Video müəllif tərəfindən “K-İnform”a ötürülüb. Məlumata görə, hadisə Rusiyanın Surqut şəhərində baş verib. Yol Patrul Xidmətinin əməkdaşları çay kənarında dincələn qızlara yaxınlaşaraq onlarla getməyi təklif edib. Video müəllifinin sözlərinə görə, hara gediləcəyi barədə bir söz deyilməyib. Bundan başqa, onlara sənəd də təqdim olunmayıb.

Qızlar ərazini tərk etmək istəyərkən polislər onların qarşısını kəsib. Qızlardan birinin qolundan tutaraq yerə yıxıblar. Kadrlarda müstəntiqin dizi ilə köməksiz qızın boğazını necə sıxdığı və qızın ağzından qan gəldiyi görünür. Dominos pizza

Digər hüquq mühafizəçisi də ikinci qızı yıxmaq istəyərkən buna nail ola bilməyib. Yoldan keçənlər yaxınlaşaraq öz qəzəblərini bildiriblər və qadınları buraxmağı tələb ediblər.

Asayiş keşikçiləri saxlanılan qızları  avtomobilə basaraq şəhər polis idarəsinə aparıblar.

“K-inform”un məlumatına görə, videonun müəllifi rəfiqəsinə tibbi yardım lazım olduğunu bildirib. Hazırda onlar polis şöbəsindədirlər.

Qızların sözlərinə görə, şöbədə polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmək maddəsi ilə protokol yazılacağı və 15 sutka həbsə salınacaqları ilə hədələniblər./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!