Polis qoyun oğrularını saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis qoyun oğrularını saxladı

Kriminal

03 İyun 2021 16:49 1249


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının 27-də Muğan Gəncəli kəndi ərazisində yerləşən fermaların birindən 176 baş qoyun oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla onların Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Sezar pizza

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!