Polis rəisini şərləyən qadına cinayət işi başlanıb   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis rəisini şərləyən qadına cinayət işi başlanıb - Foto

Kriminal

14 Aprel 2020 11:27 1100


Kəpəz Rayon Polis Şöbəsinin keçmiş rəisi Azər Tağıyevi şərləyən qadın 7 nəfəri aldatdığına görə məhkəmə qarşısına çıxacaq. 

“Yeni Sabah”ın məlumatına görə, Haqverdiyeva Ülkər Mübariz qızı barəsində Qaradağ Rayon Polis İdarəsində 178.2.1-ci (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanmış cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib və hakim Rufan Mürsəlovun icraatına verilib. 

İttham aktına görə, Ülkər Haqverdiyevanın əməllərindən zərərçəkənlərin hamısı qadınlardı. Belə ki, o, qurbanlarından pulları müxtəlif üsullarla alıb. Birindən işə düzəltmək, digərindən isə ev satmaq adı ilə. İbtidai istintaq zamanı isə Ülkər Haqverdiyevanın himayəsində 4 azyaşlı övladı olduğuna görə, onun barəsində polsin nəzarəti altına vermə imkan tədbiri seçilib.  pizza sifarişi

Araşdırmalarımız zamanı məlum oldu ki, Ülkər Haqverdiyeva 2018-ci ilin dekabr ayında video müraciət edərək həmin vaxt Kəpəz Rayon Polis Şöbəsinin rəisi olan, polis polkovnik-leytenantı Tağıyev Azər Abbasəli oğlunun evinə girərək uşaqlarının gözü qarşında onu zorlamaq istədiyini bildirmişdi. Hətta bunu sahə müvəkkili işləyən polis mayoru Abışov Ramiz Abdulla oğlunun gördüyünü də qeyd etmişdi. 

Nəzərinizə çatdıraq ki, Ülkər Haqverdiyeva 2018-ci ilin sentyabr ayında Ali Məhkəmənin hakimi Mehparə Əhmədovanın qərarı ilə əri Allahverdiyev Elnur Ələsgər oğlundan rəsmi surətdə boşanıb. Beləliklə qadının dedikləri öz sübutunu tapmamış və polis rəisi həm qadın, həm də sahə müvəkkili barədə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi iddiası ilə məhkəməyə müraciət etmişdi. 

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Tağıyev hazırda Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışır. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!