Polis “Rəmiş“i saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis “Rəmiş“i saxladı

Kriminal

05 Dekabr 2020 11:32 1270


Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətirilib və onların üzərinə baxış keçirilən zaman O. Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram  narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram  056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.  pizza sifarişi

Aparılan araşdırmalar zamanı həmi şəxslərə narkotik vasitə satan şəxsin  əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü, Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış , ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir. 

Xatırladaq ki, R.Əliyev bölgədə "Rəmiş" ləqəbi ilə tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!