Polis Salyanda əməliyyat keçirdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis Salyanda əməliyyat keçirdi - Foto

Kriminal

18 Avqust 2020 14:44 873


Salyan polisi rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 9 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasiotə heroin və 11 qaram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kəndi sakini  Mənsum Əzimov tutulub. Onun yaşadığı evin yardımçı otağına baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Dördpendirli pizza

Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!