Polis “Sədərək”də əməliyyat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis “Sədərək”də əməliyyat keçirdi

Sosial

27 Dekabr 2019 10:43 1085


Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının paytaxtın Abşeron və Qaradağ rayonları ərazisində keçirdikləri reydlər nəticəsində Xırdalan şəhərindəki bir köşkdən 2120 ədəd, “Sədərək” ticarət mərkəzində Z.Mirzəyevdən isə 1750 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!