Polis “Taqovı“da maska payladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Polis “Taqovı“da maska payladı - Video

Sosial

11 May 2020 21:16 1630


Mayın 1-dən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları mərkəzi küçələrdən, o cümlədən Nizami küçəsindən keçən vətəndaşlarla maarifləndirici söhbətlər aparıb.

Maskadan istifadə etməyən vətəndaşlara maska paylanılıb. Sezar pizza

Qeyd edək ki, daha əvvəl Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!