Polis tərəfindən törədildiyi iddia olunan zorakılıq araşdırılır -   RƏSMİ AÇIQLAMA + Video

saytların hazırlanması

Evə çatdırılma

Polis tərəfindən törədildiyi iddia olunan zorakılıq araşdırılır - RƏSMİ AÇIQLAMA + Video

Kriminal

15 Fevral 2021 13:27 821


Bakıda bərbərxanada qadına qarşı edilən zorakılıq hərəkətləri ilə bağlı məsələ nazirlik tərəfindən araşdırılır.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazilrliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. pizza sifarişi

Qeyd edək ki, yayılan məlumata görə, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib. Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlunun olduğu iddia edilən şəxs bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə onu polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!