Polis Tərtərdə toy keçirilməsinin qarşısını aldı

saytların hazırlanması

Evə çatdırılma

Polis Tərtərdə toy keçirilməsinin qarşısını aldı

Hadisə

18 Mart 2021 10:42 651


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub.

Polis əməkdaşları F.Rüstəmovla profilaktiki səpkidə söhbətlər aparıb, ona xəbərdarlıq edilib, məclisin keçirilməsi isə dayandırlıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!