Polis toyu yarımçıq dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Polis toyu yarımçıq dayandırdı

Kriminal

11 Avqust 2020 11:31 743


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsi dayandırılıb. Toyun təşkilatçılığını edən 2 nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər və digərlərinə isə ciddi xəbərdarlıqlar olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!