Polis üzr videolarını niyə dayandırdı? - “Hamısı tərbiyədən irəli gəlir”

saytların hazırlanması

Evə çatdırılma

Polis üzr videolarını niyə dayandırdı? - “Hamısı tərbiyədən irəli gəlir”

Maraqlı

01 Sentyabr 2022 14:21 2467


Bir müddət əvvəl sosial şəbəkələrdə üzr videolarının yayılması ənənə halını almışdı.

Yolda sürət həddini aşan sürücülər, karantin rejimini pozan şəxslər videokameranın qarşısında öz əməlindən peşman olduğunu deyərək xalqdan üzr istəyidilər. 

Son zamanlar isə ictimai fəallar həmin videoların çəkilməsinə etiraz olaraq öz “üzr videolar”ını çəkməyə başlamışdılar. Daxili İşlər Nazirliyi tərəfindən çəkilən və yayılan videolara son aylarda rast gəlmirik. Pepperoni pizza

Bəziləri videoların artıq çəkilməməsini alqışlasa da, digər qisim bu videoların tərbiyəvi əhəmiyyət daşıdığını iddia edərək yenidən çəkilməsini tələb edir.

Bir neçə ay əvvəl bu mövzuya ironik yanaşaraq video çəkən Əməkdar artist Bəhram Bağırzadə Yenisabah.az-a danışaraq bu tip videoların çəkilməsinin qarşısını almaq üçün əvvəlcə cəmiyyətin maariflənməsinin vacibliyini vurğulayıb:

“Mənim fikrimcə, təhsil sistemini qaldırmaq lazımdır ki, insanlar daha az səhv buraxsınlar və üzr videolarına heç ehtiyac olmasın. Bu hamısı tərbiyədən, mədəniyyətdən irəli gəlir. Ona görə əvvəlcə təhsili artırmaq vacibdir. Üzr videoları tərbiyəvi əhəmiyyət daşıyırdı. Kimsə o videolara baxıb nəticə çıxarırdı və çalışırdı ki, belə səhvləri öz həyatında təkrarlamasın. Müəyyən bir mərhələ üçün bu lazım idi və normal bir şey idi, cəmiyyətdə bu olmalıdır”.

Aktyor dövlət qurumlarını sosial çarxlar çəkərək cəmiyyəti maarifləndirməyə səsləyib və bu videolara məşhurların da çəkilməsini təklif edib:

“Bundan sonra üzr videolarının çəkilməsi lazımdır ya yox sualına cavabım yoxdur, çünki mənim nə yaşım, nə də hüququm çatır. Amma aidiyyatı qurumlara təklif edirəm ki, sosial çarxlar çəksinlər. Bu üzr videoları tərzdə yox, maarifləndirici çarxlar olmalıdır. Bizim kimi insanları, blogerləri, sosial şəbəkə fenomenlərini həmin çarxlara çəkmək lazımdır. Bununla biz vətəndaşları tərbiyə etməliyik. Bu yaxınlarda Tahir İmanov dəniz kənarındakı zibillər haqqında video çəkərək sosial şəbəkədə paylaşdı. Bundan sonra nazirlik bu məsələyə reaksiya verdi, dəniz qırağı təmizləndi və bundan çoxları ibrət dərsi götürdü. Digər qurumları da bunu etməlidir. Biz məşhurlar da bu işdə onlara təmənnasız dəstək olmağa hazırıq”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!