Polis və DSX birgə əməliyyat keçirdi: Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Polis və DSX birgə əməliyyat keçirdi: Saxlanılanlar var

Kriminal

22 Fevral 2021 12:05 660


Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar. Pepperoni pizza

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!