Polis və jurnalistlər bu şəffaf maskalardan istifadə edəcək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polis və jurnalistlər bu şəffaf maskalardan istifadə edəcək - Fotolar

Sosial

21 Aprel 2020 20:02 838


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.

Dövlət Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar. Dördpendirli pizza

Eyni zamanda açıq satışda olacaq bu maskalar birdəfəlik deyil, bir neçə dəfə istifadə oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!