Polis Xocavənddə əməliyyat keçirdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis Xocavənddə əməliyyat keçirdi - Foto

Kriminal

21 Noyabr 2021 12:59 847


İşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib. Pepperoni pizza

Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub. 

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!