Polis zəncirlənən azyaşlı barədə məlumat yaydı -   Anası hər şeyi etiraf edib

saytların hazırlanması

Evə çatdırılma

Polis zəncirlənən azyaşlı barədə məlumat yaydı - Anası hər şeyi etiraf edib

Sosial

21 Avqust 2019 14:23 1140


Xəbər verdiyimiz kimi Bakıda ana azyaşlı oğlunu evdə zəncirləyib.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub.

Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. pizza hut

Yevlax şəhərində anadan olan, 9 yaşlı Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərzində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyən Ş.İsmayılova yay tətili ilə əlaqədar övladını Yevlaxdan Bakıya gətirərək bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq götürülüb və protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!