Zərdab sakinindən odlu silah götürülüb.
Yenisabah.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəlmə kənd sakini N.Məlikovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. pizza sifarişi
Telegram kanalımız