Polis zorakılığına qarşı etiraz nümayişi keçirilib -   Fransada

saytların hazırlanması

Evə çatdırılma

Polis zorakılığına qarşı etiraz nümayişi keçirilib - Fransada

Dünya

03 İyun 2020 08:34 728


ABŞ-da Corc Floyd polis zorakılığının qurbanı olduqdan sonra, ölkəni bürüyən etiraz nümayişləri Fransada Adama Traorenin qətlini yenidən gündəmə gətirib və polis zorakılığına qarşı etiraz dalğası yaradıb.

“Adama Traore haqqında həqiqət” kollektivi tərəfindən planlaşdırılmış dinc yığıncaq, son anda Paris prefekturasının qadağasıdan sonra barıt çəlləyinə çevrilib.

Paris, Lill, Marsel şəhərlərində insanlar polis zorakılığı əleyhinə ayağa qalxıblar. ABŞ-da baş verən hadisənin Parisdəki hadisənin təkrarı olduğu bilirilib. Polis nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib. Toyuqlu pizza

Qeyd edək ki, Adama Traore 2016-cı il iyulun 19-da polis tərəfindən saxlanıldıqdan 2 saat sonra Persan kazarmasında müəmmalı şəkildə ölüb.

A.Traorenin ölümündən 4 il keçəndən sonra bu hadisə məhkəmə-tibb ekspertizasının mütəxəssisləri arasında ekspertlər müharibəsinə çevrilib. Exspertizanın bəzi üzvləri ölüm hadisəsində jandarmların günahı olmadığını bildirsələr də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb./Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!