Polisdən daha bir narkotik əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

Polisdən daha bir narkotik əməliyyatı

Hadisə

31 Yanvar 2020 08:03 1016


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Yeni Sabah” verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini Nahid Səliflinin üzərinə keçirilən baxış zamanı ondan 100 qram çəkidə narkotik vasitə heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə rayon ərazisində saxlanılan Bakı şəhəri Binəqədi rayon sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla İ.Abbasovun narkotik vasitələri Biləsuvar şəhər sakini Bəhruz Şahbazovdan əldə etdiyi müəyyən edilib. B.Şahbazov idarə etdiyi “BMW” markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən, avtomobilindən və yaşadığı evdən ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dördpendirli pizza

Faktlarla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!