Polisdən qaçan sürücü sevgilisinə qarğış etdi

saytların hazırlanması

Evə çatdırılma

Polisdən qaçan sürücü sevgilisinə qarğış etdi

Dünya

12 Sentyabr 2025 15:54 297


İstanbulun Avcılar rayonunda yol polisi tərəfindən verilən “dayan” əmrinə tabe olmayan sürücü qaçmağa çalışıb. 

Yenisabah.az xəbər verir ki, qısa müddətli təqibdən sonra avtomobil dayandırılıb və sürücü saxlanılıb.

Aparılan yoxlamalar zamanı sürücünün yeni sürücülük vəsiqəsi alan biri olduğu məlum olub. Onun spirtli içki qəbul edərək avtomobil idarə etdiyi aşkarlandığından sürücülük vəsiqəsi əlindən alınıb. Dominos pizza

Bundan başqa, qayda pozuntusuna görə sürücüyə 11 min 434 türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunub.

Maraqlıdır ki, saxlanılan şəxs hadisədən sonra başına gələnləri sevgilisinin ona qarğış etməsi ilə əlaqələndirib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!