Polisə atılan daş qadını öldürdü - Sabirabadda FACİƏ 

saytların hazırlanması

Evə çatdırılma

Polisə atılan daş qadını öldürdü - Sabirabadda FACİƏ 

Hadisə

23 Avqust 2023 15:29 778


Aprelin 26-da Sabirabad rayon Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Sabirabad rayon prokurorluğunndan Yenisabah.az-a verilən xəbərə görə, istintaqla Sabirabad rayon Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə),  221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci  (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!