Polisə sənədini vermək istəmədi, həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Polisə sənədini vermək istəmədi, həbs edildi

Kriminal

23 Aprel 2020 16:27 608


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edib, səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. pizza

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib. 

Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!