Polisə tabe olmayan sürücülər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polisə tabe olmayan sürücülər saxlanıldı

Maraqlı

24 Fevral 2023 13:18 809


Binəqədi rayonunda polis əməkdaşlarına tabesizlik göstərən şəxslər saxlanılıblar. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Yaşar Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobili ödənilməyən cəriməsi olduğuna görə saxlayıblar.

Sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o və sərnişini, paytaxt sakini Ayaz İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər. Dördpendirli pizza

Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar. Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib. 

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!