Polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlandı

Kriminal

12 May 2021 14:49 1181


Mayın 11-də saat 20 radələrində Goranboy rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy RPŞ-nə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!