Polisi döyən deputata cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Polisi döyən deputata cinayət işi açıldı 

Kriminal

30 İyul 2021 17:21 2562


İyul ayının 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. 

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Baş Prokurorluq kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmamasını xahiş edir: pizza sifarişi

“İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!