Polisi döyən deputatı peşman etdilər? – Şikayətini geri götürdü

saytların hazırlanması

Evə çatdırılma

Polisi döyən deputatı peşman etdilər? – Şikayətini geri götürdü

Kriminal

10 Avqust 2021 16:56 5873


Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb. Bu barədə Report-a onun vəkili İlqar Əliyev məlumat verib. Onun sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Dominos pizza

Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!