Polisi reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polisi reyd keçirdi

Kriminal

19 Aprel 2021 10:29 614


Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!