Polisin saxladığı məşhur reperdən ilk açıqlama:   “PEŞMANAM” 

saytların hazırlanması

Evə çatdırılma

Polisin saxladığı məşhur reperdən ilk açıqlama: “PEŞMANAM” 

Kriminal

07 Noyabr 2025 14:13 593


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda qadağan olunan onlayn qumar və mərc oyunlarının reklamına qarşı əməliyyat-texniki tədbirlər həyata keçirib.

Araşdırmalar nəticəsində sosial mediada aktiv olan bir sıra influenserlər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklam olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq 17 nəfər kiberpolis tərəfindən müəyyən edilərək Baş İdarəyə gətirilib və onlar barəsində qanunauyğun tədbirlər görülüb.

“Yeni Sabah” xəbər verir ki, saxlanılanlardan biri - Epi kimi tanınan repçi Əkbər Novruzlu haqqında yayılan  məlumatlarla əlaqədar “Instagram” hesabında açıqlama yayıb. pizza

 O, paylaşımında bildirib ki, sözügedən videolar 2021-ci ildə çəkilib və həmin dövrdə onlayn mərc oyunlarının reklamında iştirak etdiyini etiraf edib:

“O zaman mən bu işin reklam xarakterli olduğunu qəbul edib məsuliyyətini tam şəkildə üzərimə götürmüşəm. Bundan 5 il öncə məhkəməyə qədər 500 manat cərimə də ödəmişəm”.

Reper həmçinin əlavə edib ki, son günlər tanımadığı səhifələr həmin köhnə videoları yenidən paylaşdığı üçün məsələ aktuallaşıb və bu səbəbdən polis idarəsinə dəvət olunub. Onun sözlərinə görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində polis əməkdaşları ilə söhbət zamanı vəziyyəti izah edib və məsuliyyətini bir daha qəbul edib.

“Buradan hər kəsə, xüsusilə gənclərə səslənirəm: qumarın nə ruhi, nə mənəvi, nə də hüquqi baxımdan insan üçün xeyri yoxdur. O vaxt etdiyim hərəkətə görə səmimi şəkildə peşmanam”, – deyə Epi bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!