“Barselona”nın futbolçusu Samuel Umtiti maraqlı hadisə ilə yenidən gündəmə gəlib.
“Yeni Sabah” “Mirror” nəşrinə istinadən xəbər verir ki, polislər 26 yaşlı mərkəz müdafiəçisinin evinə olan basqının izlərini araşdırmaq üçün qaldığı məkana gəliblər. Araşdırmaya razılıq verən futbolçu həmin ərəfədə video oyun oynamağa başlayıb. Lakin fransalı oyun oynayarkən divanda yatıb qalıb. Polislər öz işlərini gördükdən sonra Umtitini narahat etmədən evdən ayrılıblar.
Xatırladaq ki, futbolçunun ötən ilin sentyabrında evi qarət edilmişdi. pizza sifarişi
Telegram kanalımız