DİN əməkdaşları məcburi köçkünlərə bayram sovqatı paylayıb.
“Yenisabah”ın məlumatına görə, hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 80 min manat məbləğində maddi yardım Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərə çatdırılıb.
Çıxış edən polis əməkdaşları ölkə başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqət və qayğı ilə yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini deyib, sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıblar. Toyuqlu pizza
Telegram kanalımız