Polislər qan verdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polislər qan verdi - Fotolar

Sosial

26 Noyabr 2019 14:14 1333


Bu gün talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında təşkil edilən qanvermə aksiyası keçirilib.

Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak ediblər. 

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor polis əməkdaşının sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb.  Dördpendirli pizza

Aksiyada iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist aksiyada yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!