Politoloq nazirin çıxışını tənqid etdi - “Mənasız danışıqlar sülh gətirəcəkmiş“

saytların hazırlanması

Evə çatdırılma

Politoloq nazirin çıxışını tənqid etdi - “Mənasız danışıqlar sülh gətirəcəkmiş“

Siyasət

05 Aprel 2019 16:33 1082


“Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı belə bir cümlə işlədib : ”Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər”. 

Bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial media hesabında paylaşıb. O, nazirin çıxışını tənqid edib:

“"Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikirləri qəbul edirik". İnsanlar arasında ünsiyyəti və məzarların qarşılıqlı ziyarətini anladım, “jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması” nə deməkdir? Nazir “oradan” deyərkən haranı nəzərdə tutur? Dördpendirli pizza

Nazirin bir başqa cümləsi də düşündürücüdür: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edilə bilər. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır”. Hərbçilər niyə geri çəkilməlidir? Müdafiə nazirimiz Zakir Həsənov erməni nazir David Tonoyanın azğının üstündən vurub. İndi Elmar Məmmədyarovun təbirincə, Zakir Həsənov işğalçını hədələməməlidir? Elmar Məmmədyarov sanki demək istəyir ki, hərbi kontekst olmazsa guya illərdir erməni həmkarıyla apardığı mənasız danışıqlar sülh gətirəcəkmiş”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!