"Qarabağın müəyyənləşmiş statusu Rusiyaya sərf eləmir, bu halda onun regiona təsiri kəskin şəkildə azalacaq".
Yenisabah.az xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan bildirib.
“Söhbət ümumən Qarabağ məsələsinin hansı statusda həll olunacağından, Qarabağın Azərbaycanın, yaxud Ermənistanın bir hissəsi olmasından və ya beynəlxalq səviyyədə müstəqil kimi tanınmasından getmir. Rusiya üçün beynəlxalq səviyyədə tanınan həllin yoxluğu faydalıdır". Dördpendirli pizza
Qərbə isə məsələnin nəhayət ki həll olunması sərfəlidir, çünki bu halda o, öz vəzifəsini həll edəcək – rusları regiondan çıxaracaq. Əgər məsələ həll olunarsa, o zaman Rusiyanın "Artsax"dakı mövcudluğu tamamilə lazımsız olacaq. Ermənistan-Türkiyə münasibətləri də yoluna qoyulsa, o zaman Ermənistandakı 102-ci Rusiya bazasının mövcudluğu lazımsız olacaq.
İranla bağlı vəziyyət fərqlidir. Tehran açıq şəkildə bildirib ki, regionda yeni oyunçuların olmasına dözməyəcək”, - deyə Köçəryan izah edib.
O, həmçinin qeyd edib ki, Ermənistan çoxdan Suriyaya çevrilib: "Allah eləməsin ki, Ukraynaya çevrilsin".
Telegram kanalımız