Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

Maraqlı

06 Aprel 2023 16:35 1553


Həbs edilən ehtiyatda olan polkovnik Elnur Məmmədov azadlığa buraxılıb.

Yenisabah.az Bakupost-a istinadla xəbər verir ki, o, 6 aylıq həbs müddətinin bitməsindən sonra azadlığa çıxıb.

Elnur Məmmədov ötən ilin oktyabrında Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. Dördpendirli pizza

O, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!