Polkovnik-leytenant vəfat etdi - AMEA məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Polkovnik-leytenant vəfat etdi - AMEA məlumat yaydı

Siyasət

07 İyul 2020 13:15 2120


Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Akademiya məlumat yayıb. 

Məlumat üçün bildirək ki, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. pizza

Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il çalışıb. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi zaman Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında misilsiz əməyi olub.

O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərib. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olub, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülüb.

C.Bəylərov “Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak etmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayıb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!