Polşa Belarusa nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Polşa Belarusa nota verdi

Dünya

20 Noyabr 2025 19:15 571


Polşa Belarusun müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq ona dəmir yolunda təxribat hadisələrində şübhəli bilinən iki Ukrayna vətəndaşının ekstradisiyasına dair nota təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsyey Vevyura istinadən məlumat yayıb.

Vevyurun sözlərinə görə, notada “Mika və Golombe hadisələri ilə bağlı Rusiya xüsusi xidmət orqanlarının sorğusuna əsasən terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının təhvil verilməsi” tələbi yer alıb. Dominos pizza

XİN sözçüsü əlavə edib ki, Rusiyanın Qdanskdakı Baş konsulluğu 23 dekabr gecə yarısınadək bağlanmalıdır və konsulluq əməkdaşları həmin vaxta qədər Polşa ərazisini tərk etməlidirlər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!