Polşa çempionu Mahir Emreli ilə ciddi danışıqlar aparır   - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Polşa çempionu Mahir Emreli ilə ciddi danışıqlar aparır - İDDİA

İdman

30 Aprel 2021 20:19 1185


Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı bu dəfə də Polşanın “Leqiya” klubu ilə çəkilməyə başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Leqiya” fanklublarından birinin saytı yazıb.

Məlumata görə, sona üç tur qalmış çempionluğunu rəsmiləşdirmiş Varşava klubu cari mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq 24 yaşlı hücumçu ilə ciddi danışıqlar aparır. Pepperoni pizza

Xəbərdə Mahirin ötən ilin payızında Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Leqiya”ya 3:0 qalib gəldiyi matçın 63-cü dəqiqəsində meydana çıxdığı vurğulanıb.

Qeyd edək ki, Mahir Emrelini Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarının da istədiyi mətbuatda daim yazılır. Onun adı daha əvvəl Polşanın “Zaqlembe” və “Visva” klubları ilə də çəkilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!