Polşa prezidenti Karol Navrotzki bildirib ki, o, hazırda snusdan (nikotin həbləri) istifadə etməyi dayandırmaq niyyətində deyil və bunda heç bir səhv görmür.
Yenisabah.az Radio Zet-ə istinadla xəbər verir ki, Polşa lideri qeyd edib:
"Xeyr, mən nikotin asılılığımı aradan qaldırmağa çalışmıram". pizza mizza
O əlavə edib ki, o, bu vərdişi “nə vaxtsa” tərk edə bilər.
Navrotzki snus istifadəsinə görə ictimai qınağa tuş gəlməsindən təəccübləndiyini bildirib: "Yəni kimsə siqaret çəkirsə, bu, beynəlxalq diplomatiyanın tələbidir, lakin kimsə nikotin həbindən istifadə edirsə, bu, böyük faciədir?!"
Prezident deyib ki, o, təxminən 2 il əvvəl “kəşfiyyat xidmətlərindən olan həmkarları sayəsində” snus istifadə etməyə alışıb və heç vaxt siqaret çəkməyib.
Telegram kanalımız