ABŞ dövlət katibi Entoni Blinken Belarusun Tokio Olimpiadasında siyasi sığınacaq istəmiş idmançısını evə göndərmə cəhdini dözülməz "transmilli repressiya" kimi qiymətləndirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, rəsmi Tvitter hesabında paylaşım edib.
“Prezident Aleksandr Lukaşenkonun rejimi başqa bir transmilli repressiya aktı həyata keçirməyə çalışdı. Bu cür hərəkətlər Olimpiya ruhunu pozur, hüquqlara təhqirdir və buna dözmək olmaz”, - deyə dövlət katibi qeyd edib. Dördpendirli pizza
Kristina Tsimanovskayanın bir qrup tərəfdarı ötən gün komanda rəhbərliyindən aldığı evə uçmaq əmrini rədd etdikdən sonra idmançının Polşa səfirliyinə sığındığını açıqlayıb. Deyilənə görə, Varşava ona humanitar viza təklif edib və sabah idmançı Polşaya gedəcək.
Telegram kanalımız