Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.
Yenisabah.az xəbər verir ki, "Sport1.oslobodjenje" nəşri bir neçə oyunçunu xüsusi fərqləndirib.
Həmin oyunçular arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. pizza sifarişi
24 yaşlı forvard ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.
Polşa nəşri Emreli ilə yanaşı, bir neçə oyunçunun bu ölkədə çox qalmayacağını bildirib.
"Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb.
Telegram kanalımız