Polşa öz vətəndaşlarını Belarus ərazisini tez tərk etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Polşa öz vətəndaşlarını Belarus ərazisini tez tərk etməyə çağırdı

Dünya

06 Sentyabr 2025 16:54 495


Rəsmi Varşava Belarus ərazisində olan Polşa vətəndaşlarını "istənilən vasitə ilə" mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Oxu.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, müvafiq çağırışla Polşa Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.

"Bu xəbərdarlıqlara mümkün qədər ciddi yanaşın" , - deyə Polşa XİN-in sözçüsü Pavel Vronski deyib. Dördpendirli pizza

Xatırladaq ki, bir gün əvvəl Polşa XİN ölkə vətəndaşlarına Belarusa getməməyi tövsiyə etmişdi. Bu bəyanat Polşa vətəndaşının Belarusda casusluqda şübhəli bilinərək saxlanılmasından sonra verilmişdi.

Belarus tərəfinin məlumatına əsasən, o, qarşıdan gələn "Qərb-2025" Belarus-Rusiya təlimləri haqqında məlumat toplayırmış.

"Biz saxlanılan şəxsə öz missiyamız çərçivəsində diplomatik və hüquqi dəstək göstərəcəyik. Bu təxribatın məqsədi Polşa və Ukraynada vəziyyətin sabitliyini pozmaqdır" , - deyə Vronski vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!