Polşa parlamentinin vitse-spikeri xarici işlər nazirinə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Polşa parlamentinin vitse-spikeri xarici işlər nazirinə xəbərdarlıq etdi

Dünya

25 Noyabr 2025 20:59 804


"Polşanın xarici işlər naziri Radoslav Sikorski Nazirliyin büdcə vəsaitlərini şəxsi sərvəti kimi israf etməyi dayandırmalıdır".

"Yeni Sabah" xəbər verir ki, bu açıqlamanı Polşa parlamentinin vitse-spikeri Kşiştof Bosak Ukraynaya silah alışı üçün 100 milyon dollar vəsaitin köçürülməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, Polşa özü büdcə problemləri ilə üzləşir və daxili ehtiyaclarını nəzərə almadan başqa bir ölkənin ordusuna vəsait xərcləmək məsuliyyətsizlikdir. Pepperoni pizza

"Mənim fikrimcə, Polşanın başqa bir ölkəni maliyyələşdirə biləcəyi barədə beynəlxalq illüziya yaratmaq tamamilə məsuliyyətsizdir. Polşa buna imkan verə bilməz", - Bosak "Radio ZET"in efirində bildirib.

O, bir çox Polşa diplomatik nümayəndəliyinin təmirə ehtiyacı olduğunu və işçilərin resurs çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!