Dünən Polşa prezidenti Andjey Duda Ermənistana səfər edib. Prezidentin müşaviri Mişko Pavlak səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları məsələsinin də müzakirə ediləcəyini bildirib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Pavlak Varşavanın 2 ölkə arasında sülhün tez bir zamanda əldə olunmasına ümid ediyini vurğulayıb. O qeyd edib ki, prezident Duda iki həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 iqlim konfransında iştirak edib, Azərbaycan prezidenti ilə görüşüb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyəti və sülh prosesini müzakirə edib.
Qeyd edək ki, bu Polşa prezidentinin son 13 ildə Ermənistana ilk səfəridir. pizza
Nazim Hacıyev
Telegram kanalımız