Polşada 2 qol vuran Mahir: “Özümü qəhrəman kimi hiss etmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Polşada 2 qol vuran Mahir: “Özümü qəhrəman kimi hiss etmirəm“

İdman

27 Avqust 2021 13:05 973


“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya” (Çexiya) ilə görüşdən (2:1) sonra fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, iki qol vurmaqla Varşava təmsilçisini qrup mərhələsinə yüksəlməsində əsas rol oynayan millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bu görüşün onun üçün xüsusi olduğunu bildirib:

“Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir. pizza

Özümü əsas qəhrəman kimi hiss etmirəm. Futbol komanda oyunudur. Komanda olaraq oynadıq və qrup mərhələsinə vəsiqə qazandıq. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

M.Emreli qrupda daha çətin rəqiblərlə qarşılaşacalarını xatrıdladıb: "Hər zaman ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Mənim üçün fərqi yoxdur”.

Xatıladaq ki, Mahir Emreli "Legiya" hesabda geri olarkən (0:1) dubl edib və komandasına əzmkar qələbə qazandırıb. O, Çexiya klubu ilə ilk görüşdə də (2:2) qol vurmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!