Polşada daha bir qəzaya uğrayan PUA tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Polşada daha bir qəzaya uğrayan PUA tapıldı

Dünya

01 Oktyabr 2025 01:54 559


Polşada vurulan daha bir pilotsuz təyyarə aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu haqda RMF FM radiostansiyası məlumat yayıb.

Pilotsuz təyyarə ölkənin şimalında qarğıdalı tarlasında tapılıb. Onu tarlada işləyən kombaynçı aşkar edib. Marqarita pizza

Polşa Hərbi Jandarma İdarəsi də PUA-nın tapılması barədə məlumat verib. Agentlik özünün “X” sosial media səhifəsində qeyd edib ki, prokurorluqla birgə pilotsuz uçan aparatın qəzaya uğradığı yerdə əməliyyat tədbirləri həyata keçirir.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşada bir neçə pilotsuz təyyarə qəzaya uğrayıb. Polşanın Baş naziri Donald Tusk vəziyyəti görünməmiş hadisə adlandırıb və Rusiyanı təxribatda ittiham edib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!