Polşada dövlət başçısı koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Polşada dövlət başçısı koronavirusa yoluxub

Dünya

24 Oktyabr 2020 13:42 1407


Yoluxma sayının sürətlə artdığı ölkələr sırasında olan Polşada dövlət başçısı Andjey Duda da koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Blajey Spixalskiy rəsmi "Twitter" hesabında açıqlama verib:

"Prezident Duda ötən gün koronavirus testi olub. Nəticə pozitiv çıxdı. Hazırda vəziyyəti yaxşıdır, lazımi bütün tibbi yardımlar göstərilir". Sezar pizza

Bildirək ki, Polşada son sutka ərzində 13 628 yeni yoluxma faktı və 179 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə ölkədə bu günədək 241 946 nəfərə COVID-19 diaqnozu qoyulub ki, onlardan 109 344 xəstə sağalıb. Həyatını itirənlərin sayı isə 4 351 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!