Polşada hamı Mahirdən danışır: “Legiya“nın tapıntısı ola bilər“

saytların hazırlanması

Evə çatdırılma

Polşada hamı Mahirdən danışır: “Legiya“nın tapıntısı ola bilər“

İdman

08 İyul 2021 15:48 1157


"Mahir Emreli "Legiya"da mövsümün tapıntısı ola bilərmi? Bəli, ola bilər. O, komanda ilə mükəmməl şəkildə hərəkət etdi".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Legiya"nın sabiq futbolçusu İqor Levçuk  Polşa mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində  "Bodo Qlimt"lə ilk oyundakı (3:2) çıxışı barədə danışarkən deyib.

O, 24 yaşlı hücumçunun rəsmi debütünü belə dəyərləndirib: "İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə iki qol vurdu. Bu, asan deyildi". pizza hut

Qeyd edək ki, Mahir Emreli "Bodo Qlimt"lə görüşdə dubla imza atıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!