Polşada vəfat edən azərbaycanlının ölümü araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Polşada vəfat edən azərbaycanlının ölümü araşdırılır

Maraqlı

13 Noyabr 2020 16:45 2590


Üç ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib. pizza sifarişi

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Xatırladaq ki, Polşada yaşayan həmvətənimizin ermənilər tərəfindən qətlə yetirildiyi iddia olunurdu. Bildirilirdi ki, M. İsmayılov Polşada aksiyalar zamanı ermənilər tərəfindən izlənib, öldürülüb və meyiti meşədə asılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!