Pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

saytların hazırlanması

Evə çatdırılma

Pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

Hadisə

26 Aprel 2024 08:15 467


Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M.Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də pomidor turşusundan zəhərlənmişdilər. pizza

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün onlar Respublika Toksikologiya Mərkəzinə göndərilmişdilər.

25 yaşlı M.Ramazanovun müalicəsi Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!